Azərbaycanda 3150 manatdan avtomobillər satışa çıxarılır

Naxçıvan Dövlət Universiteti, ləğv olunmuş Babək, Şahbuz, Kəngərli, Ordubad rayon baytarlıq şöbələri, eləcə də ləğv olunmuş "Naxçıvan Duz İstehsalı" Müəssisəsinə məxsus bir sıra avtomobillər satışa çıxarılır.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, siyahıda səkkiz nəqliyyat vasitəsi yer alıb.
Hərrac Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs tərəfindən 17 aprel 2025-ci il tarixində keçiriləcək.
Satışa çıxarılan nəqliyyat vasitələrinin start qiymətləri 3150 manatdan başlayaraq 5400 manatadək dəyişir.
Sifarişlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Oxşar xəbərlər
Şadlıq evləri toy sahibinə qəbz təqdim edəndə qiymətlər daha yüksək olur?
Şadlıq evlərində 200-300, hətta 500 və min nəfərlik toylar edilir. Maraqlısı odur ki, nağd və ya nağdsız formada toy sahibindən ödəniş alınarkən qəbz təqdim edə...