Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təmsil edib.
Yığıncaqda narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə qurumlararası əməkdaşlıq və səylərin əlaqələndirilməsi, o cümlədən komissiyanın yardımçı orqanlarının tövsiyələri ilə bağlı məsələlər müzakirə edilib.
Vurğulanıb ki, iclasda 23 yeni narkotik vasitə, psixotrop maddə və onları prekursorları qadağan edilmiş maddələrin siyahısına əlavə olunub və 4 yeni qətnamə qəbul edilib.
Oxşar xəbərlər
"Qara maskalılar"dan 225 milyonluq MƏHVETMƏ ƏMƏLİYYATI - VİDEO
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş dörd tondan çox müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aprelin 26-da Sabunçu r...