Azərbaycanda 202 uşaq övladlığa verilib
Yeniliklərdən dərhal xəbərdar olun
2019-cu ildən indiyə qədər Azərbaycanda 202 uşaq övladlığa verilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.
O bildirib ki, onlardan 104 nəfəri oğlan, 98-i qızdır:
“Bu il aprelin 1-nə kimi isə 54 uşaq övladlığa verilib”.
F.Ağayev söyləyib ki, sosial xidmət müəssisələrində olan valideyn himayəsindən məhrum olmuş 1575 uşağın uçotu aparılıb. Onun sözlərinə görə, onlardan 625 qız, 490 oğlandır:
“Həmin uşaqların uçotu aparılaraq elektron bazaya yerləşdirilir. Valideynlər uşaqlar haqqında məlumatları oradan əldə edə bilərlər”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...