Azərbaycanda 20-dən çox xəstəxana koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər görülüb.
Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib.
Ölkədə həyata keçirilən əks-epidemik tədbirlər bu gün də davam etdirilir. 20-dən çox klinikalar, xəstəxanalar koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Onlardan biri də ATU-nun Tədris Cərrahiyyə Klinikasıdır. Klinikanın həkim heyətinin, bütünlükdə personalının koronavirusla mübarizədə rolu danılmazdır.
Tədris Cərrahiyyə Klinikasından verilən məlumata görə, koronavirusa yoluxmuş xəstələrin müalicəsi uğurla davam etdirilir. Xəstələrin içində ağır vəziyyətdə olanı yoxdur. Klinikanın həkimləri bu çətin dönəmdə öz fədakarlıqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanan və sonradan digər ölkələrdə də yayılan koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik virus elan olunub. Bu infeksiya bir neçə ay ərzində, demək olar ki, bütün dünyaya yayılıb.
Oxşar xəbərlər
Almaniyada yaşayan azərbaycanlı həkim koronavirusla bağlı SİRLƏRİ AÇDI
Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan Almaniyada təhsil alıb fəaliyyət göstərən Rottal İnn Klinikasının Ginekologiya Şöbəsinin həkim-rezidenti, hə...