Azərbaycanda 16 şəhərin baş planı hazırlanacaq

02
iyl
2019
13:15
Nazirlər Kabineti tərəfindən 1 il ərzində 7 şəhərin baş planı təsdiqlənib.BAKU.WS report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.O vurğulayıb ki, bununla da təsdiqlənmiş baş planların sayı 42-ə çatıb:“Hazırda 3 şəhərin (Ağcabədi, Biləsuvar, Göyçay) baş planı razılaşdırma mərhələsindədir. Yaxın vaxtlarda onların da təsdiq edilməsi gözlənilir. Daha 7 şəhərin (Bakı, Daşkəsən, Kürdəmir, Saatlı, Sabirabad, Şabran, Tərtər) isə baş planın hazırlanmasına başlanılıb. Qarşıdakı 2 il ərzində 9 şəhərin də baş planının hazırlanmasına başlanılacaq”.
Oxşar xəbərlər
Bakının yeni Baş Planının prioritetləri açıqlandı - VİDEO
Bakının yeni baş planının prioritetləri artıq bəllidir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bunu "Bakının şəhərsalma inkişafı" mövzusundakı plenumda D...
