Azərbaycanda 1,5 milyona yaxın elektron poçt blok edilib
31
iyl
2023
15:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 1-ci yarımil ərzində ümumilikdə 16 mln. 993 min elektron poçt emal edilib.
BAKU.WS Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, onlardan 15 mln. 577 mini istifadəçilərə çatdırılıb, 1 mln. 416 mini zərərli tərkibli olması səbəbilə blok edilib.
Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 505 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...