Azərbaycanda 110 yaşlı qadın koronavirusdan sağalıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda koronavirusa (COVID-19) yoluxmuş 110 yaşlı qadın sağalıb.
BAKU.WS-in məlumatına görə, Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov APA-ya bildirib ki, təxminən 10 gün əvvəl rayonun Bəşirli kənd sakini, 1910-cu il təvəllüdlü Ələkbərova Səmayə Nisbət qızı halsız vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal lazımi profilaktik tədbirlər görülüb.
Tibbi müdaxilələrdən sonra qadının vəziyyəti yaxşılaşıb.
Baş həkimin sözlərinə görə, 110 yaşlı Səmayə Ələkbərova tam sağalıb və bu gün xəstəxanadan evə buraxılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 24 həkim koronavirusdan ölüb – SİYAHI
Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl “Facebook” hesabında koronavirusdan ölən həkimlərin adl...