Azərbaycanda 11 müəllim və 9 şagirddə koronavirus aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Son bir ayda koronavirus pandemiyası səbəbindən Gəncə şəhərində tam 6 məktəbin əyani tədrisi dayandırılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, ilk olaraq 26, daha sonra 12 nömrəli orta tədris müəssisələrinin ardından 31, 36, 30 və 13 nömrəli məktəblərdə də “COVID-19” virusu aşkar edilib.
Nəticə etibarı ilə sözügedən tədris müəssisələrində ümumilikdə 11 müəllim, texniki işçi və 9 şagirddə koronavirus pandemiyası aşkar olunub.
Novruz bayramı ilə bağlı yaranan fasilədən istifadə edilməklə Gəncə şəhərində fəaliyyət göstərən 40-dan artıq orta tədris müəssisəsində dezinfeksiya işlərinə başlanılacaq.
Oxşar xəbərlər
Dezinfeksiya maddələri insan orqanizminə nə dərəcədə ziyanlı ola bilər?
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev dezinfeksiya tədbirləri barədə müsahibə verib. BAKU.WS...