Azərbaycana yaz fəsli gəlib

Azərbaycana yaz fəsli gəlib
Sosial 67

Azərbaycana yaz fəsli gəlib.

BAKU.WS xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 07:06:21-də qeydə alınıb.

Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır.​

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq. İyunun 21-də saat 00:50-də baharı yay əvəz edəcək.

Qeyd edək ki, martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Oxşar xəbərlər

Son xəbərlər