Azərbaycana yay fəsli daxil olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycana saat 06:42:11-də Yay fəsli (Yay Günəş duruşu) daxil olub.
BAKU.WS xəbər verir ki, Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlib.
Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatıb. Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni maksimum yüksəklikdə görünəcək.
Eyni zamanda bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Yay fəslinin uzunluğu isə 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.
Oxşar xəbərlər
Payızda ürəyi riskə atmadan idman etməyin YOLU AÇIQLANDI
Payız aylarında soyuq havada idmanla məşğul olarkən ürək sağlamlığını qorumaq üçün müəyyən qaydalara əməl etmək lazımdır. BAKU.WS xarici mediaya istinadən xəbər...