Azərbaycana tanınmış klinikaların gətirilməsi təklif olunur

Azərbaycana tanınmış klinikaların gətirilməsi təklif olunur
Sosial 117

“Tibb sahəsində tanınmış brend xəstəxanaların ölkəmizdə fəaliyyət imkanlarına baxılmasını təklif edirəm”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bildirib.

O öz fikrini belə əsaslandırıb: “Bildiyiniz kimi, əhalimizin böyük bir hissəsi müalicə üçün xaricə, qonşu ölkələrə üz tutur. Səbəb müxtəlif amillərdir. Xarici ölkələrdə tibbin daha yaxşı inkişaf etməsi, yeni müalicə üsullarının tətbiqi, tibbi turizmin daha cəlbedici olması bu amillər sırasında ilk yerlərdədir. Bunun alternativi olaraq həmin brend fəaliyyət və xidmətlərin ölkəmizə gətirilməsini təşviq etməklə ölkədə rəqabətlilik, keyfiyyətlilik, gəlirlilik imkanlarını daha da artırmış olarıq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər