Azərbaycana ilk qar yağıb - YENİLƏNİB + FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 28-i saat 9:00 -a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Qrızda 14 sm, Şahdağ, Altıağacda 13 sm, Gədəbəydə 11 sm, Xaltan, Sarıbaşda (Qax) 10 sm, Göygöldə 4 sm, Əlibəydə (Zaqatala) 3 sm olub.
Düşən yağıntının miqdarı: Sarıbaş (Qax) 15 mm, Altıağacda 14 mm, Xaltanda 12 mm, Oğuzda 11 mm, Qrızda 10 mm, Şəkidə 9 mm, Astara, Şamaxı, Mingəçevir, Qəbələ, Gədəbəydə 8 mm, Lerik, Lənkəran, Yardımlı, Ağsu, Qobustan, İsmayıllı, Şahdağ, Göygöl, Ordubad, Kürdəmir, Zərdab, Xaçmaz, Beyləqan, Zaqatala (Əlibəy), Qusar, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Naftalan, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Quba, Tərtər, Şabran, Goranboy, Yevlax, Göyçayda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Qərb küləyi arabir Gəncədə 30 m/s, Naftalanda 26 m/s, Ağdamda 25 m/s, Mingəçevirdə 21 m/s, Tərtər, Yardımlı, Daşkəsəndə 20 m/s, Lerik, Bərdədə 19 m/s, Şəki, Biləsuvar, Gədəbəydə 18 m/s, Zaqatalada 17 m/s, Bakıda və Abşeron yarımadasında 30-32 m/s-dək güclənib.Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.
***09.39
Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına ilk qar yağıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq yağan yağış sonradan qara çevrilib.
Daşkəsən, Gədəbəy və digər dağlıq rayonlara ilk qar yağıb.
Temperaturun aşağı düşməsi və qarlı hava şəraiti səbəbindən hələ ki fəsad qeydə alınmayıb.
Qeyd edək ki, dünəndən etibarən Qərb bölgəsində küləkli, yağıntılı hava şəraiti müşahidə olunur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda leysan olub, qar yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA - YENİLƏNİB
Sentyabrın 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Q...