Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində "Vertex Commerce" MMC-nin İtaliyadan idxal etdiyi "İtalkali" müəssisəsinin istehsalı olan 144 kq və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi "Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi"nin istehsalı olan 2 100 kq yodlaşdırılmış duz məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...