Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu məhv edildi
Türkiyədən Azərbaycana gətirilmiş "Cosmoactive İlaç Anonim Şirketi"-inin istehsalı olan "Bilgam" TABLET N 30 (02.03.2026-cı il istehsal və 02.03.2029-cu il son istifadə tarixli, 26001 partiya nömrəli) əmtəə nişanlı bioloji aktiv qida məhsulu (BAQM) məhv edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, məhsulun etiket məlumatlarında Vitamin B12 göstəricisinin müəyyən miqdarı bəyan edilsə də, laborator nəticələrə əsasən, məhsulda həmin göstərici aşkar edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Dini inanclı insanlarla bağlı paylaşım edən şəxs saxlanılıb
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs saxlanılıb BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə dini inanclı şəxslərlə bağlı qanunvericiliyə zidd paylaşım...