Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonların qeydiyyatı üçün 100 manat rüsum alınacaq
Bu ildən mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və "Dövlət rüsumu haqqında" dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.
"Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsum alınacaq.
Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Oxşar xəbərlər
Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb
Bu ildən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyi...