Azərbaycana dəstək üçün nişan üzüyünü göndərən Türkiyə vətəndaşı kimdi? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kahramanmaraş şəhərindən olan Uhud Polad Azərbaycana dəstək olmaq üçün öz nişan üzüyünü göndərib.
BAKU.WS oxu.az-a istinadən xəbərt verir ki, o, İTV-yə açıqlamasında buna Gəncədə baş vermiş terrordan sonra qərar verdiyini bildirib. Üzüklə yanaşı Türkiyə bayrağını və məktubu da zərfə qoyaraq Azərbaycanın Türkiyədəki səfirliyinə yollayıb:
“Gəncəyə endirilən raket zərbəsindən sonra çox məyus olduq, təsirləndik. Azərbaycanlı qardaşlarımızın yanında olmaq üçün nə edə bilərəm deyə düşündüm. Məktub yazmağı qərara aldım, bundan sonra isə nişan üzüyümü və Türkiyə bayrağını zərfə qoyaraq səfirliyə göndərdim”.
Onun bu addımı böyük rəğbətlə qarşılanıb. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məktubu əldə etdikdən sonra Uhud Poladla əlaqə saxladığını bildirib:
“Bir insan özünə aid olan və dəyərli bir simvolu - nişan üzüyünü göndərirsə bundan yüksək və ülvi hiss ola bilməz”.
Bundan sonra mənəvi dəyəri olan bu üzük Türkiyə-Azərbaycan qardaşlığının simvolu kimi səfirlikdə yaradılacaq guşədə saxlanılacaq.
Qalereya
Oxşar xəbərlər
Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." - MÜSAHİBƏ - FOTO
Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik... bir dildən, bir qəlbdən. General...