Azərbaycan yaxın 4 ildə işğaldan azad olunmuş ərazilərinə 13 milyard manat xərc çəkəcək
2027-2030-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası xərclərinin 13,3 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib.
Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 24,3 %-ni təşkil edəcək.
Xatırladaq ki, 2021-2025-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 22 milyard manat xərclənib. 2026-ci ildə isə bu istiqamətdə 3,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Azərbaycanda universitet binasının təmirinə 26 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2-ci korpusun təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər ver...