Azərbaycan yanğınsöndürənləri Türkiyənin Denizli bölgəsində yanğının qarşısını alır

Azərbaycan yanğınsöndürənləri Türkiyənin Denizli bölgəsində yanğının qarşısını alır
Sosial 102

Məlumat verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yanğın-xilasetmə qrupu hazırda qardaş Türkiyə Respublikasındadır.

FHN Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu gün axşam saatlarında qrup təyinat məntəqəsinə doğru irəliləyərkən Denizli bölgəsində meşədə qəfil yanğın ocaqlarının yaranması və ətraf ərazilər üçün ciddi təhlükə törətməsi səbəbindən qrupun hərəkət istiqamətinin dəyişdirilərək operativ qaydada Denizli istiqamətinə yönəldilməsi qərara alınıb.

Denizlidə yaranmış yanğın ocaqlarına çevik müdaxilə edən yanğın-xilasetmə qrupumuz hazırda həmin ərazidə yanğınların söndürülməsi əməliyyatlarını icra edir.

Ərazidə qüvvələrin fəaliyyətinin koordinasiya edilməsi və qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Denizlidədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün təltif edilən generallar - SİYAHI

Bu gün təltif edilən generallar - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər...

12325 Sosial 21:52 24 iyun 2021

Son xəbərlər