Azərbaycan və BƏƏ qida təhlükəsizliyi ilə bağlı əməkdaşlıq edəcək

Azərbaycan və BƏƏ qida təhlükəsizliyi ilə bağlı əməkdaşlıq edəcək
Sosial 44

Qida təhlükəsizliyi Agentliyi (AQTA) ilə Birləşmiş Ərəb Əmirlikləri İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.

AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, görüşdə bitki sağlamlığı və karantini, qida təhlükəsizliyi və baytarlıq sahələrində iki ölkə arasında imzalanması nəzərdə tutulan müvafiq sazişlərin layihələri müzakirə olunub.

Videokonfrans formatında keçirilən görüşdə tərəflər arasında heyvan və bitki sağlamlığı da daxil olmaqla qida məhsullarının idxal-ixracı sahəsində əməliyyatları asanlaşdırmaq məqsədilə fitosanitar, baytarlıq, qida təhlükəsizliyi sertifikatlarının qarşılıqlı tanınması, risklərin qiymətləndirilməsi ilə bağlı fəaliyyətlərin monitorinqinə dair fikir mübadiləsi aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər