Azərbaycan Moskvadan daha 34 vətəndaşını təxliyə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın “Şeremetyevo” hava limanından Bakıya yola salınıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Azərbaycan vətəndaşlarının Bakıya yola salınması səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub.
“Yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın vətənə yola salınması məsələsi səfirliyin ciddi nəzarəti altındadır. Burada səfirlik “AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir.
Azərbaycana getmək istəyən soydaşlarımıza səfirliyin “qaynar xət”lərinə (+7977 442 2954, +7977 442 2964) və ya “AZAL”ın Moskvadakı nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələrini xahiş edirik”, - deyə səfirliyin məlumatında qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycandakı səfirliklər koronavirusa görə fəaliyyətində dəyişikliklər edib
Pakistanın Azərbaycandakı səfirliyi “COVID-19” pandemiyası ilə əlaqədar konsulluq xidmətini dayandırdığını açıqlayıb. BAKU.WS-in məlumatına görə, səfirlikdən AP...