Azərbaycan koronavirusa yoluxma göstəricisinə görə İtaliyanı keçdi - SOS

04
iyn
2020
10:13
İtaliyada son sutka ərzində daha 321 nəfər koronavirus infeksiyasına yoluxub.BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.
Məlumata görə, bu günədək ölkədə 233 836 nəfər infeksiyaya yoluxub.
Son bir gündə virusdan ölənlərin sayı da 71 nəfər artaraq ümumilikdə 33 601 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 160 938 xəstə sağalıb.
Xatırladaq ki, dünən Azərbaycanda 325 nəfər koronavirusa yoluxub. Hazırda 96 xəstə reanimasiyadadır. Onlardan 17-si süni nəfəs cihazına qoşulub.
Oxşar xəbərlər
İtaliyada koronavirusdan sağalanların sayı 150 mini keçib
İtaliyada koronavirus infeksiyasına yoluxmuş şəxslərin sayı 47 986-ya enib. Onların sayı son sutkada daha 2980 nəfər azalıb. BAKU.WS APA-ya istinadən xəbər veri...