Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı
Sosial 29

Bu ilin əvvəlindən Azərbaycanın əhalisi 11 min 99 nəfər artıb.

BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı 0.1 faiz artaraq iyulun 1-i vəziyyətinə 10 milyon 273 min 450 nəfərə çatıb.

Əhalinin 54.3 faizini şəhər, 45.7 faizini kənd sakinləri təşkil edir. Əhalinin 49.8 faizi kişilər, 50.2 faizi isə qadınlardır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, bu il avqustun 1-dək işğaldan azad edilmiş ərazilərdə bərpa olunan yaşayış məntəqələrinə 38 min 179 keçmiş məcburi köçkün qayıdıb.

Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 91 min 746 nəfərə çatıb.

Cari ilin iyul ayının əvvəlinə əhalinin 4.6 faizi Naxçıvan Muxtar Respublikasının, 22.9 faizi Bakı şəhərinin, 9.3 faizi Lənkəran-Astara, 8.6 faizi Abşeron-Xızı, 7.3 faizi Qarabağ, 7.1 faizi Mərkəzi Aran, 6.6 faizi Qazax-Tovuz, 6.1 faizi Şəki-Zaqatala, 5.8 faizi Gəncə-Daşkəsən, 5.4 faizi Quba-Xaçmaz, 5.2 faizi Mil-Muğan, 4.9 faizi Şirvan-Salyan, 3.2 faizi Dağlıq Şirvan, 3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər