Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı
Sosial 4
Dövlət Statistika Komitəsi iyunun 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayını açıqlayıb.BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-may aylarında ölkə əhalisinin sayı 31 676 nəfər və ya 0,3% artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10 013 133 nəfərə çatıb.Əhalinin 52,8%-ni şəhər, 47,2%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edib.Qeyd edək ki, BMT-nin proqnozlarına görə, 2019-cu ilin sonunda Azərbaycanda əhalinin sayı 10 047 718, 2020-ci ildə isə 10 139 770 nəfərə çatacaq.Xatırladaq ki, bu ilin aprelin 6-da Azərbaycan əhalisinin sayı 10 milyona çatıb.

Oxşar xəbərlər

Azərbaycan əhalisinin sayı 2020-ci ilədək 140 min artacaq - PROQNOZ

Azərbaycan əhalisinin sayı 2020-ci ilədək 140 min artacaq - PROQNOZ

Son 50 il ərzində Azərbaycan əhalisinin sayı iki dəfə artıb.BAKU.WS "APA-Economics"-ə istinadən xəbər verir ki, bu rəqəm BMT-nin "World Population Prospects 201...

485 Sosial 17:57 10 iyul 2019

Son xəbərlər