Azərbaycan əhalisinə XƏBƏRDARLIQ - Yanvarın 18-də axşamdan...

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də axşamdan yanvarın 19-da səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yağıntının yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 18-də axşamdan yanvarın 20-də gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Yanvarın 19-da gündüz yağıntıda qısa müddətə fasilə olacaq.
Oxşar xəbərlər
Sabah Bakıda bu qəsəbədə QAZ OLMAYACAQ
Sabah Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsal...
