Azərbaycan Çinlə rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübəsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) Çin ilə rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi aparıq.
BAKU.WS xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında yazıb.
"Çinə işgüzar səfər çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşdük. Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi mövzularını müzakirə etdik. Bundan əlavə, rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi apardıq.
Görüşdə həmçinin Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərimizi bölüşdük", - T. Kazımov qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinə direktor təyin edilib. BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı AMB-nin səd...