"Azər Konyak" şərab evində nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İmişli rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən "Azər Konyak" MMC-yə məxsus "Azər Konyak" şərab evində yoxlama keçiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı "Göy-Göl", "Gold Krım", "Bacchus", "Azərbaycan Qızılı" və "Украина" əmtəə nişanlı alkoqollu içkilərin Azərbaycan dilində etiket məlumatları ilə müşayiət olunmadığı, "Профессионал", "Aloe Vera", "Минск", "Холодок", "Organic", "Nature Drop", "Qərbi Azərbaycan", "Brand Line", "Хлебная Мера", "Akedemik", "Bambok", "Украинское Золото", "Белорусский Cтандарт" əmtəə nişanlı alkoqollu içkilərdə isə ünvan və istehsal tarixlərinin qeyd olunmadığı müəyyən edilib.
İçkilərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində "Украина", "Aloe Vera", "Bacchus" əmtəə nişanlı alkoqullu içkilərin tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, məhsullar dövriyyədən çıxarılıb və məhv edilib.
Oxşar xəbərlər
Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binası TƏMİR OLUNACAQ
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Xaqani küçəsi 24 ünvanında yerləşən inzibati binasında cari təmir işlərinin görülməsi üçün satınalma müsabiqəs...