AZAL və “Buta Airways” Rusiyaya uçuşları dayandırır

“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.
BAKU.WS xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilir.
"Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik. Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Rusiya aviaşirkətləri Azərbaycana uçuşları dayandırır
Əldə olunan məlumata əsasən, sabahdan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi...