AZAL Türkiyənin Adana və Mersin şəhərlərinə mediatur təşkil edib
Azərbaycanın milli aviaşadıyıcısı AZAL milli mətbuatın 150 illiyi münasibətilə jurnalistlər üçün aviaşirkətin yeni istiqaməti olan Türkiyənin Adana və Mersin şəhərlərinə mediatur təşkil edib.
BAKU.WS xəbər verir ki, 10-13 iyul tarixlərini əhatə edəcək tur çərçivəsində media nümayəndələri üçün təlim keçiriləcək.
Təlim zamanı iştirakçılara AZAL-ın strukturu, aviaşirkətin fəaliyyətinin özəllikləri, həmçinin turizm jurnalistikası barədə məlumat veriləcək.
Qeyd edək ki, AZAL 15 iyun tarixindən etibarən Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən Çukurova Beynəlxalq Hava Limanına müntəzəm reyslər həyata keçirir. Uçuşlar həftədə iki dəfə olmaqla cümə axşamı və bazar günləri yerinə yetirilir. Türkiyə istiqamətində uçuş coğrafiyasının genişləndirilməsi iki qardaş ölkə arasında hava nəqliyyatı, turizm, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Yeni marşrut sərnişinlərə Adana və Mersin kimi böyük şəhərlərə, eləcə də ətraf bölgələrə daha rahat səyahət imkanı yaradır.
Əlavə məlumat:
Oxşar xəbərlər
Küçələrə icazəsiz tramplin quraşdıranları hansı cərimələr gözləyir?
Yollarda, xüsusilə də məhəlləarası küçələrdə sakinlər tərəfindən quraşdırılan sürətazaldıcı maneələrə tez-tez rast gəlinir. Baku TV-nin məlumatına görə, bəzi ər...