AZAL-ın təyyarəsi planlı texniki baxışdan tam keçib
Bu gün Azərbaycan Hava Yolları QSC (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən "Airbus A320" təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib.
"Airbus A320" tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub.
Bildiririk ki, hava gəmisi 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan ("A-check") tam şəkildə keçib. Bütün texniki işlər istehsalçının tələblərinə və aviaşirkətin daxili prosedurlarına uyğun şəkildə yerinə yetirilib.
Təcrübəli pilotlarımız tərəfindən AZAL-ın daxili qaydalarına və beynəlxalq tənzimləyici prosedurlarına tam riayət olunub.
Pilotlarımızın peşəkarlığı sayəsində uçuş zamanı yaranmış bütün potensial risklər minimuma endirilib, sərnişinlərin və uçuşun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub.
Oxşar xəbərlər
Azərbaycan bəylərinin yaşadığı qədim kənd
Azərbaycan Dövlət Televiziyasının (AzTV) çəkiliş qrupu Qarabağın ucsuz-bucaqsız dağ silsiləsinin qoynunda, nağıllar aləmini xatırladan tarixi bir məkana - Tuğ k...