AZAL Fərqanəyə uçuşlara başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC (AZAL) dekabrın 15-dən Özbəkistanın Fərqanə şəhərinə uçuşlara başlayacaq.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, aviareyslər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.
Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Özbəkistanın Daşkənd və Səmərqənd şəhərinə uçuşlar həyata keçirir. Reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul edilir.
Azərbaycan və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytından, "Giriş qaydaları" bölməsindən əldə etmək olar.
Oxşar xəbərlər
AZAL iyul ayında Bakıdan Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayacaq
“Azərbaycan Hava Yolları” aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerin...