AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası
![AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası](https://baku.ws/storage/photos/uploads/thumbs/large/DG3nE1CPs03P9qNNiIE714ZIQzwvSl8ZdI1FvLIM.webp)
8 fevral 2025-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə yeni kampaniyaya start verir.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2025-ci il fevralın 16-dək sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətləri üzrə aviabiletləri 25% endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il mayın 31-dək həyata keçirilən reyslərə şamil olunur.
Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tariflərinə şamil edilir, lakin vergi və yığımlara tətbiq edilmir.
Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.
AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!
Oxşar xəbərlər
Xərci borcunu ödəməyən faydalı bitki - Bərdədə yerkökü sahələri niyə kəskin azalıb?
Kənd təsərrüfatı məhsulları içərisində öz faydası və məhsuldarlığı ilə seçilən bitkilərdən biri olan yerkökü ölkənin Qarabağ zonasında ən çox Bərdə rayonunda ye...
![](/images/banners/placeholder_home_right_az.jpg)