AZAL Bakıdan Düşənbə şəhərinə reys açır
Yeniliklərdən dərhal xəbərdar olun
6 aprel 2023-cü il, Bakı - AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti may ayında Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə reys açır.
BAKU.WS xəbər verir ki, mayın 30-dan etibarən Bakıdan Düşənbəyə və əks istiqamətdə uçuşlar həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək.
Düşənbə paytaxt olmaqla yanaşı, şərq ekzotikası və Mərkəzi Asiya xarizmasını özündə birləşdirən Tacikistanın həm də ən böyük şəhəridir.
“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...