AZAL Bakı-Kişineu reyslərinə bilet satmağa başladı

AZAL Bakı-Kişineu reyslərinə bilet satmağa başladı
Sosial 0

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə biletlərin satışına başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə uçuşlar sentyabrın 15-dən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Əlverişli uçuş cədvəli sayəsində sərnişinlər səyahətləri üçün ən yaxşı vaxtı seçə biləcəklər.

Kişineuya reyslərə biletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Qeyd edək ki, Moldovanın paytaxtı zəngin tarixi, mədəni irsi və gözəl memarlığı ilə tanınır.

Son xəbərlər