AZAL-a yeni təyyarələr 2028-ci ildən etibarən gətiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC (AZAL) üçün yeni hava gəmiləri Azərbaycana 2028-ci ildən etibarən gətiriləcək.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə AZAL-ın vitse-prezidenti Samir Rzayev cümə axşamı jurnalistlərə deyib.
Onun sözlərinə görə, 2028-ci ildən etibarən hər il dörd hava gəmisinin istismara verilməsi planlaşdırılır.
"Yeni hava gəmiləri yanacağa qənaət etməyə, uçuşların effektivliyini təmin etməyə, habelə biletlərin qiymətini aşağı salmağa imkan verəcək", - o deyib.
Qeyd edək ki, aprelin 6-da AZAL və "Airbus" A320neo ailəsinə məxsus yeni təyyarələrin satın alınması üzrə müqavilə imzalayıblar. Bunların arasında A320neo və A321neo laynerləri də var.
Oxşar xəbərlər
AZAL yeni "Boeing" alır
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək. Bu gün AZAL-ın...