Azadlığa buraxılan 480 nəfər qiymətləndirmə prosesinə cəlb edilib

Azadlığa buraxılan 480 nəfər qiymətləndirmə prosesinə cəlb edilib
Sosial 50

2025-ci il ərzində penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş 480 nəfər qiymətləndirmə prosesinə cəlb olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Agentliyin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Bildirilib ki, onlardan 73-ü ölkə başçısının əfv sərəncamı ilə azadlığa buraxılan şəxslərdir.

Azad edilmiş şəxslərdən 3 nəfər müvəqqəti olaraq Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslər üçün Sosial Adaptasiya Mərkəzinə yerləşdirilib.

Ötən il ərzində Agentliyin əməkdaşları tərəfindən Penitensiar Xidmətin 22 cəzaçəkmə müəssisəsində və 3 istintaq təcridxanasında ümumilikdə 388 nəfər anket sorğusu vasitəsilə qiymətləndirilib. Həmçinin yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə 25 yeniyetmə ilə sosial-psixoloji adaptasiya işi aparılıb.

Son xəbərlər