Azad olunmuş rayonlarda fləşmob hazırlanıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, işğaldan azad olunmuş rayonlarda Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə fləşmob hazırlanıb.
Dövlət Komitəsindən BAKU.WS-ə bilidirilib ki, Böyük Qayıdışın bütün ünvanlarında doğma yurd yerlərində sevinci, qüruru hər kəs bir cür ifadə edir.
"Uşaqların sevinci isə bambaşqadır: səmaya uçan rəngbərəng şarlar onların arzu və ümidlərini təcəssüm etdirir", - qurumdan vurğulanıb.
Fləşmobda Suveren Azərbaycan: "Köklərimizə bağlılıq, işıqlı sabaha inam" sloqanı yazılıb.
Fləşmobun videoçarxını təqdim edirik:
Oxşar xəbərlər
Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR
Sumqayıt bulvarında fontanların və işıqlandırma sisteminin cari təmiri və bərpası işlərinin həyata keçirilməsi nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, təmi...