Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? – RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad olunan ərazilərə ceyranların buraxılması ilə bağlı planlar olsa da, indiki mərhələdə bu proses təhlükəlidir.
BAKU.WS xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, bunun üçün həmin ərazilərdə əvvəlcə tam təhlükəsizlik tədbirləri görülməlidir: “Ərazilər minalardan tam təmizlənəndən sonra bu proses həyata keçirilə bilər. Ərazidə minaların olması həmin heyvanların həyatına təhlükədir. İndiki anda həmin ərazilərə yalnız quşların buraxılması mümkündür. Bu da planımızda var. Ceyranların həmin ərazilərə yaxın 3-4 ayda buraxılması nəzərdə tutulmayıb”.
Oxşar xəbərlər
Ucuz avtomobillər satışa çıxarılır - "Land Cruiser" 15500, "Maxima" 4000 AZN - QİYMƏTLƏR
18 may 2021-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 61 nəqliyyat vasitəsi çıxarılıb. Qey...