Azad edilmiş ərazilərdə mal-qara saxlamaq qadağandır? - RƏSMİ AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə mal-qara saxlamağa icazə verilməməsi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, azad edilmiş ərazilərə köçən keçmiş məcburi köçkünlərə öz həyətyanı sahələrində ev heyvanları saxlamağa icazə verilir:

"Kəndlərdə keçmiş məcburi köçkünlər öz həyətyanı sahələrində ev heyvanları saxlayırlar. Xocalının Ballıca, Ağdərənin Həsənriz kəndində bunun şahidi ola bilərsiniz. Sadəcə, şəhərlərdə, məsələn, Xocalı şəhərində ev heyvanlarının saxlanmasına icazə verilmir".
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı digər işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərə də sorğu göndərmişik.
Oxşar xəbərlər
Gecə yuxusuzluğunun beyinə təsiri – alimlər xəbərdarlıq edir
Alimlər gecə yuxusuzluğunun təkcə yorğunluq deyil, beyində ciddi struktur və funksional dəyişikliklərə səbəb ola biləcəyini bildirir. Son araşdırmalara görə, da...