“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 22 il ötür

“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 22 il ötür.
ATV telekanalı 25 dekabr 2000-ci il tarixində özəl televiziya kanalı olaraq fəaliyyətə başlayıb.
“Azad Azərbaycan Teleradio Yayım Şirkəti” 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlayıb.
İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi. Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb. 31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı, rus dilində də verilişlər də yayımlayırdı. Sonradan Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçib.
2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başlayıb. Telekanalın rəhbərliyi dəyişdi. Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirilib. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşıb. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırılıb. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başlayıb.
4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın “NTV Plus” kabel televiziyasında yayımlanır.
28 yanvar 2022-ci ildən etibarən “Azerspace-1” peykində HD yayım formatına keçib.
BAKU.WS kollektivi “Azad Azərbaycan” telekanalını təbrik edir, kollektivə işlərində daha böyük nailiyyətlər arzulayır.
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...
