“Az-Evro Tel”in direktoru dəyişib
13
avq
2021
15:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin törəmə müəssisəsi “Az-Evro Tel” MMC-nin direktoru Hidayət Ağayev vəzifəsindən azad edilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Ramil Baxşiyevə həvalə olunub.
Xatırladaq ki, “Az-Evro Tel” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min ABŞ dollarıdır. Şirkət rabitə operatorudur, korporativ və fərdi istifadəçilərə geniş telekommunikasiya xidmətləri təqdim edir.
Oxşar xəbərlər
“Atabank” və “Amrahbank”da əmanətləri olanların nəzərinə! - Kompensasiyaların verilməsinə başlanılır
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması...