Aytən Əliyeva: "Revmatoloji xəstəlik insanların həyati fəaliyyətinə çətinlik yaradan amildir"

Aytən Əliyeva: Revmatoloji xəstəlik insanların həyati fəaliyyətinə çətinlik yaradan amildir
Foto
Sosial 202

"Revmatoloji xəstəlik təkcə oynaqlardakı ağrı ilə yekunlaşmır. Bu, insanların həyati fəaliyyətinə çətinlik yaradan amildir".

BAKU.WS Oxu.Az-a istuinadən xəbər verir ki, bu sözləri I Azərbaycan Pediatrik Revmatologiya Simpoziumunda çıxışı zamanı simpoziumun sədri Aytən Əliyeva deyib.

O bildirib ki, hələ südəmər dövrdə olan zaman təyin olunan revmatoloji xəstəliklərdən əziyyət çəkənlərə genişmiqyaslı müalicələr tətbiq edilir:

"Bu müalicələr də özlüyündə ovuc dolusu dərman qəbulu deməkdir. Artıq bir müddət sonra bu xəstəlikdən əziyyət çəkənlər üçün çətinliklər yaranır. Məktəbə gedə bilmir, bir çox işi görə bilməyib, ətraf mühitdən təcrid olmağa məcbur qalırlar".

Daha çox foto burada: PhotoStock.az

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər