Aysel Fərziyeva AQTA-dan ayrıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb.
BAKU.WS xəbər verir ki, o, tutduğu vəzifədən öz xahişi ilə ayrılıb. A.Fərziyeva bu barədə məlumatı təsdiqləyib.
2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri olan jurnalist daha sonra Agentlik sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb.
Qeyd edək ki, Aysel Fərziyeva bundan əvvəl Lider TV və ATV-də aparıcı kimi işləyib. AQTA-da işlədiyi dövrlərdə “ARB 24” və Real TV-də bir sıra verilişlərin aparıcısı və layihə müəllifi, eyni zamanda “Süfrə” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...