AYNA-nın şirkətlərə yazdığı cərimələri məhkəmə LƏĞV ETDİ
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən "AEM Elektron" MMC və "Foodini" MMC barəsində tərtib olunmuş inzibati protokollar məhkəmə tərəfindən ləğv edilib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, AYNA hər iki şirkətin yük avtomobillərini idarə edən sürücülərinin reysqabağı tibbi müayinədən keçmədiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə 2 min manat cərimə tətbiq etmişdi.
Xətai Rayon Məhkəməsi "AEM Elektron" MMC-ni, Səbail Rayon Məhkəməsi isə "Foodini" MMC-ni həmin maddə üzrə cərimə qərarı qəbul etmişdi.
Hər iki şirkət protokolların və məhkəmə qərarlarının əsassız olduğunu bildirərək apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin edib, qərarlar ləğv olunub.
Qeyd edilib ki, şirkətlər öz nəqliyyat vasitələri ilə işçilərin və ya yüklərin daşınmasını öz hesabına həyata keçirən hüquqi şəxslər olduqlarından İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə inzibati xəta subyekti hesab edilə bilməzlər.
Nəticədə AYNA tərəfindən tərtib edilən cərimələr tamamilə qüvvədən düşüb.
Oxşar xəbərlər
1 200 hektara yaxın ərazi minalardan təmizlənib, 766 partlayıcı aşkarlanaraq zərərsizləşdirilib
Azad olunan ərazilərdə martın 2-dən 9-na dək 15 tank əleyhinə mina, 8 piyada əleyhinə mina, 743 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib....