AYNA IVECO avtobuslarını marşrutlara qaytarır

AYNA IVECO avtobuslarını marşrutlara qaytarır
Sosial 83

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi istismardan kənarda qalan IVECO markalı avtobusların bərpası və yenidən xəttə qaytarılması istiqamətində işlərə başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AYNA-dan bildirilib.

"Bir vaxtlar Bakıda sərnişindaşımada geniş istifadə edilən, sıxılmış təbii qazla (CNG) işləyən və böyük sərnişin tutumuna malik IVECO markalı avtobuslar yenidən marşrut xətlərinə qaytarılır. Bu məqsədlə pandemiyadan əvvəl yaranmış və bu avtobusların faktiki olaraq istismardan kənarda qalmasına səbəb olmuş problem aradan qaldırılır. 2014–2015-ci illərdə alınan nəqliyyat vasitələri ehtiyat hissələrinin tədarükü və ixtisaslaşmış təmir xidmətləri ilə bağlı çətinliklər səbəbindən marşrut xətlərindən çıxarılmış, uzun müddət avtobus parklarında istifadəsiz qalmışdı.

Problemin həlli məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi istismardan kənarda qalan avtobusların bərpası və yenidən xəttə qaytarılması istiqamətində işlərə başlanılıb".

Vurğulanıb ki, hələ də istismar potensialını qoruyub saxlayan onlarla belə avtobus əsaslı təmir və bərpadan sonra yenidən marşrutlara buraxılır: "Bu addım təkcə məcburi boşdayanma dövründən sonra bahalı texnikanın yenidən dövriyyəyə qaytarılmasına və səmərəli istifadəsinə, həmçinin xətlərə əlavə nəqliyyat vasitələrinin cəlb olunmasına imkan verməyəcək. Bu, eyni zamanda bəzi marşrutlarda hələ də istismar olunan, istismar müddətini çoxdan başa vuran köhnə avtobusların daha sürətlə yenilənməsini təmin edəcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər