AYNA: "BakıKart" mobil tətbiqi bərpa olunacaq, vəsaitlər silinməyib

AYNA: BakıKart mobil tətbiqi bərpa olunacaq, vəsaitlər silinməyib
Sosial 121

"BakıKart" mobil tətbiq bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) keçirilən ictimai dinləmədə AYNA rəsmiləri qeyd edib.

Məlumata görə, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən (məsələn, "BirBank" və "M10" tətbiqlərində QR-kodlar yaratmaqla) istifadə edə bilərlər.

Həmçinin bildirilib ki, hazırda vətəndaşlar "BakıKart"ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər. "Bakı Metropoliteni"nin stansiyalarında "BakıKart" yükləmə aparatları sərnişinlərin ixtiyarındadır. Həmçinin hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda "MilliÖn" ödəmə terminalı "BakıKart" ödənişini qəbul edir.

Oxşar xəbərlər

Füzulidə tarixi məscid BƏRPA EDİLƏCƏK

Füzulidə tarixi məscid BƏRPA EDİLƏCƏK

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən tarixi məscid bərpası ediləcək və ətraf ərazinin abadlaşdırılması həyata keçiriləcək. BAKU.WS-in məlumatına görə,...

4 Sosial 19:29 27 oktyabr 2025

Son xəbərlər