Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar xərcləyib
Ermənistan işğal dövründə minaların alınması və basdırılmasına 400 milyon ABŞ dolları vəsait xərcləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, minaların təmizlənməməsi həmin ərazilərə qayıdışı mümkünsüz edir: "Minaların təmizlənməsi üçün Ermənistanın minalamağa xərclədiyi rəqəmdən qat-qat çox vəsait lazım olacaq. İndiyədək mina qurbanı olan vətəndaşlarımızın sayını açıqladıq. Habelə belə bir anlayış var: qanla yazılmış qanun. Fikrimcə, "Minatəmizlənəmə haqqında" qanun da məhz qanla yazılıb".
Oxşar xəbərlər
Yağışlı havada piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir?
Yağışlı havada sürücülərin sürəti artırması piyadalar üçün ciddi problemə çevrilir. BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, paytaxtın müxtəlif küçələrində...