Avtomobilin arxa şüşəsinə müxtəlif sözlər yazdıran sürücülərin NƏZƏRİNƏ
Xoşbəxtlik sürən varsa, versin bir dövr də mən sürüm... Heç kimə güvənmə...Evin balaca qızıdır, onu da mən alacam...
Bəzi sürücülər avtomobilin şüşələrinə bu tipdə yazılar yazdırır, müxtəlif stikerlər yapışdırırlar.
Kimisi nəyisə reklam edir, kimisi diqqət çəkmək istəyir. Bəzən isə hansısa sürücünün fikrini cəlb edən bu yazılar qəzalara səbəb olur.
Nəqliyyat ekspertləri isə bildirirlər ki, yol hərəkəti haqqında qanuna əsasəsn bu tip yazıların yapışdırlmasında məhdudiyyət yoxdur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, əgər üzərinə yazı yazılan nəqliyyat vasitəsi digər sürüclərin fikrini yayındırırarsa, bu zaman müvafiq tədbirlər görülə bilər.
Həmçinin bildirilib ki, həmin yazılar sürücünün görünüşünü məhdudlaşdırarsa, bu, qayda pozuntusu kimi qiymətləndirilir.
Oxşar xəbərlər
"Azəristiliktəchizat" yeni mövsümə hazırlığa dair görülmüş işləri açıqlayıb
"Azəristiliktəchizat" ASC 2026-2027-ci illər payız-qış mövsümünə hazırlığa dair işləri yekunlaşdırmaq üzrədir. Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətindən bildiri...