Avtobusda “mehribanlaşanların” bitməyən problemi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Səhər saatları. Metronun “28 May” stansiyasının yaxınlığındakı avtobus dayanacağında insan sıxlığı. Yəqin bu ifadələrdən sonra bir neçə ay əvvəlki mənzərə gözünüzdə canlandı. Lakin son günlər karantin rejimi ilə bağlı yumşaldılma tədbirlərindən sonra şəhərdə yenidən insan izdihamının yaşandığını görürük.
Xüsusən də günün pik saatlarında. İnsanların işə gedib-gəldiyi saatlarda avtobuslarda boş yer tapmaq müşkül məsələyə çevrilib.
Sakinlər də yaranan vəziyyətin dözülməzliyindən şikayətlənir. Dayanacaqlarda və ümumən şəhər ərazisində sosial məsafənin gözlənilməsinin vacibliyi vurğulansa da, bu qanun avtobusun qapısından içəri girdiyimiz andan etibarən qüvvədən düşür. Çünki avtobuslarda sosial məsafənin ölçüsü 2 metrdən sürətlə bir neçə santimetrə qədər azalır.
Avtobuslardakı sıxlığın bir səbəbkarı da hazırda metronun fəaliyyətini müvəqqəti dayandırmasıdır. Ancaq sözügedən ictimai nəqliyyat növündəki problem yalnız pandemiya dövrünə aid deyildi. Çünki uzun illərdir, paytaxt sakinlərinin avtobuslarda ən çox eşitdiyi ifadə “bir az mehriban olun” sözləridi. Bu da problemin ən yumşaq formada izahı...
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusları ilə bağlı yeni təklif hazırlanıb
Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtla...