Avropa Komissiyası koronavirusun 3-cü dalğasının başladığını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avropada yeni növ koronavirusun yayılmasının üçüncü dalğası başlayıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant bildirib.
“Müxtəlif Aİ ölkələrində tədricən və ya hətta sürətlə yayılan üçüncü dalğanı müşahidə edirik”, - o deyib.
Bu vəziyyətin əhalinin aşılanmasını sürətləndirmək üçün əsas olduğu qeyd edilir.
Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-də COVID-19 ilə bağlı vəziyyətin pisləşdiyini açıqlamışdı. O, bu vəziyyətin əsas səbəbinin Aİ ölkələri sakinlərinin aşılanmasında ləngimələrin olduğunu söyləmişdi.
Oxşar xəbərlər
Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı
İsrail Səhiyyə naziri Yuli Edelşteyn ölkəsində Covid-19-un ikinci dalğasının başladığını açıqlayıb. BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, o, bu səbəbdən...