AVRO-2020-nin oyunları günü ictimai nəqliyyat işləyəcək - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
AVRO-2020-nin dörd oyununun Bakıda keçiriləcəyi günlər ictimai nəqliyyat, eyni zamanda Bakı Metropoliteni fəaliyyət göstərəcək.
Bu, Baş nazir Əli Əsədovun dünən imzaladığı qərarından aydın olur.
Qərara əsasən, 12 iyun şənbə, 20 iyun bazar gününə təsadüf etsə də, həmin günlərdə ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulmayıb.
Qeyd edək ki, AVRO-2020 çərçivəsində iyunun 12-də Uels-İsveçrə, iyunun 20-də isə Türkiyə-İsveçrə oyunları baş tutacaq.
Xatırladaq ki, qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Metro açılandan sonra gediş haqqı artırılacaq? - Suala aydınlıq gətirildi
Bakı metrosu artıq bir ilə yaxındır ki, faəliyyətini dayandırıb. BAKU.WS xəbər verir ki, metrodan rəsmi açıqlamaya görə, ötən il 228 milyon sərnişinə xidmət gös...